olkepress.com
olkepress.com

Bu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır

19-07-2022, 10:10

Bu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır

"Bu gün tarixi hadisənin - Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
"Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, cənab Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı diləyirəm".

O, bildirib ki, müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib: "Zəngilanda da kifayət qədər irimiqyaslı infrastuktur layihələri həyata keçirilir. Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda Hava limanı istismara veriləcək. İlk olaraq Zəngilanın Ağalı kəndində bərpa olunub. Bu kənd “Ağıll”ı kənd konsepsiyasına uyğun qurulub. Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir.

Hazırda ümumilikdə Ağalı kəndinin 1 457 sakini var. Onlarda 1 357 nəfəri bu kəndə yaşamaq niyyətini bildiriblər.

Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək".

Xüsusi nümayəndə qeyd edib ki, ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastuktur qurulub.

Olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi