olkepress.com
olkepress.com

Qusar Suvarma İdarəsinin rəisi Məzahir Əzizovun əməlləri…- Zaur Mikayılovun NƏZƏRİNƏ…

24-05-2022, 11:05

Qusar Suvarma İdarəsinin rəisi Məzahir Əzizovun əməlləri…- Zaur Mikayılovun NƏZƏRİNƏ…

Zaur Mikayılov, siz müavinlərinizin əməllərini görmürsünüz..?

“Gündəlik-Bakı” olaraq xeyli müddətdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində ( ASC ) baş verən qanunsuzlqulardan, milyonlarla dövlət vəsaitinin mənimsənilməsindən yazırıq.
Və hər dəfə də qeyd edirik ki, cənab Prezidentimiz İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışıb. Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirib.
Prezident onu da deyib ki:
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Prezident özü də açıq şəkildə deyir ki, 40-50 faiz su itkisi yalandır…
Deməli, 40-50 faiz su itkisi milyonlar deməkdir.
Bəli, Gündəlik-Bakı olaraq dəfələrlə, ASC-nin az qala 20 ildir sədr müavinləri olan Rafiq Aslanovun, Zakir Quliyevin əməllərindən yazmışıq.
Axı, dövlətdən konkret maaş alan Rafiq Aslanov, yaxud Zakir Quliyev Avropada mülkləri hansı pulla alıblar..?
Zakir Quliyev daş-qum-çınqıl karxanasını, balıq vətəgələrini hansı pulla saxlayır..?
Əlbəttə, cənab Prezidentimizin dediyi 40-50 faiz su itkisi ilə…
Əslində bunun adı sadəcə su itkisidir…
Biz dəfələrlə oxucularda aydın təsəvvür yaranması üçün ASC-nin bütün qurumlarının siyahısını vermişik ki, qurumdakı rüşvət və korrupsiyanın miqyası, “razmeri” aydın olsun.
Azərbaycanın hər rayonunda ASC-nin idarəsi, kanalı, istismar müəssisəsi var.
Belə idarələrdən biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Qusar Suvarma Sistemləri İdarəsidir.
İdarənin rəisi Məzahir Səlimxan oğlu Əzizovdur.
Məlumdur ki, su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda, erroziya və səhralaşmaya səbəb olur.
Amma bütün bunlar Məzahir Əzizov üçün izafi söhbətdir.
ASC-nin sədr müavini olan Zakir Quliyevin yaxın dostu Məzahir Əzizov Suvarma idarəsini sanki öz şəxsi şirkəti kimi işlədir.
Hansı şirkətə, hansı fermerə suyu necə və hansı qiymətə satmağı özü müəyyən edir.
Və hər yerdə deyir ki, arxamda Zakir Quliyev dayanıb, hara istəyirsiniz şikayət edin.
Məzahir Əzizov idarəyə ayrılan yanacağı, benzini sataraq dövlət vəsaitini mənimsəyir.
Bütün bunlar azmış kimi Məzahir Əzizov saxta tenderlər keçirib dövlət vəsaitini öz yaxınlarının şirkətinə köçürür və hər tenderdən sonra “otkat” adı ilə yüz minlər əldə edir.
Biz hələ Suvarma İdarəsindəki “ölü canlar”dan bəhs etmək istəmirik.
Kimsə pensiyaya çıxmaq üçün Məzahir Əzizovdan “staj” alır, kimsə adını yazdırıb əmək haqqını 50-50-yə Məzahir Əzizovla bölüşür.
Məzahir Əzizov hətta idarəyə məxsus maşınları kimlərəsə icarəyə verib pulunu mənimsəyir.
Və bütün bunların əvəzində….saytlarda özünü təriflədir.
Prezident İlham Əliyevə, Ulu Öndərə xoş sözlər yazmaqla özünü sığortalamaq istəyir.
Biz Gündəlik-Bakı olaraq Məzahir Əliyevə deyirik ki, Ulu Öndərin, Müzəffər Prezidentimizin sənin sözlərinə ehtiyacı yoxdur. Sən yaxşı olar ki, bir məmur kimi, öz işini vicdanla yerinə yetir…bu bəs edər.
Sonda ASC-nin rəhbəri cənab Zaur Mikayılova müraciət edirik ki, biz 1 ildir yazırıq ki, qurumda ciddi problemlər var. Siz bu problemləri görmürsünüzmü, cənab Zaur Mikayılov..?
Cənab Zaur Mikayılov, cənab Prezident sizə etimad göstərib o boyda vəzifəyə təyin etdi ki, meliorasiya sahəsində itkilərin qarşısını alasınız.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi