olkepress.com
olkepress.com

Bakı Nəqliyyat 6 ASC rəhbəri Mirqiyas Sarıyev: "Novruzda təbiətə, insana, vətənə sevgi var"

25-03-2022, 18:17

Bakı Nəqliyyat 6 ASC rəhbəri Mirqiyas Sarıyev: "Novruzda təbiətə, insana, vətənə sevgi var"

Novruz türk xalqlarının ana bayramı hesab olunur və əbədi həyat mahiyyəti daşıyır. Bu baxımdan Novruz bayramı türk xalqlarının demək olar ki, hamısında oxşar və fərqli adətlərlə qeyd olunur.

Novruzun tarixi türkün qədim tarixidir- Azərbaycan xalqının ulu tarixidir!

Hər ilin yaz gecə — gündüzü bərabərliyində, varlığın oyanış dönəmində ərgənləşən Novruz həm də qoca türkün özü qədər qədim və uludur. Ulu ən əvvəl, uca Tanrımıza deyirik. Ulu vətənə, yurda deyirik, ana təbiətə deyirik. Ululuq həm də müqəddəslikdir, ülviyyətdir. Novruz ulu bayramdır.

Səmavi kitabların ən dolğunu, qüsursuzu, insan üçün ən faydalısı “Quran-i Kərim” Allah kəlamı, Allah buyruğudur. Novruz adətlərini diqqətlə araşdırsaq, görərik ki, “Quran-i Kərim”də təsbit olunan əxlaqi — bəşəri keyfiyyətlər bu adətlərimizdə ehtiva olunub. Novruzda təbiətə, insana, vətənə sevgi var, şərə qarşı mübarizə və xeyrin təntənəsi var, milli birliyə, barışığa, əqidə bütövlüyünə çağırış var, əbədiyaşarlıq var...
Bütün türk dünyasının varislərinə, qəlbində ulu Vətən sevgisi olan hər kəsə, bu baharın ən təravətli günlərini diləyir, milli birlik, ülviyyət, sülh və əmin-amanlıq arzulayıram.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi