olkepress.com
olkepress.com

Azərbaycada YENİLİK: Kimlər evdən işləyə biləcək? - VİDEO

18-03-2022, 12:00

Azərbaycada YENİLİK: Kimlər evdən işləyə biləcək? - VİDEO

Azərbaycanda işçilərin distant, yəni evdən işləməsi imkanı qanunvericiliyə daxil ediləcək.

BAKU.WS xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə layihə hazırlayır. Layihəyə əsasən, işin məsafədən, məsələn evdə, mehmanxanada yerinə yetirilməsi əmək məcəlləsinə daxil ediləcək. Məcəlləyə həmçinin “distant”, yəni məsafədən iş” anlayışının daxil edilməsidə nəzərdə tutulub.

Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov "Xəbər ertəsi"nə deyib ki, layihə hazırlanarkən əvvəlcə kimlərin məsafədən işləyə biləcəyinə dair siyahı təsdiqlənməlidir. Eyni zamanda hansı işlərin distant həyata keçiriləcəyi müəyyənləşməlidir.

Onun fikrincə layihədə işçilərin sığorta haqlarından tutmuş məzuniyyət hüquqlarına qədər bütün məsələlər əksini tapmalıdır.

Sahib Məmmədovun bildirir ki,dəyişiklər edilərkən beynəlxalq təcrübə də araşdırılmalıdır.

Ancaq bu dəyişikliklər cəmiyyətdə necə qarşılanacaq, hələlik bəlli deyil.

Qeyd edək ki, layihə təkmilləşdirilərkən “distant iş” anlayışında “teleiş” forması da nəzərə alınacaq.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi