olkepress.com
olkepress.com

AzTV-də ŞÜBHƏLİ SƏRFİYYAT - İcazə verin, şübhələnək...

23-02-2022, 11:43

AzTV-də ŞÜBHƏLİ SƏRFİYYAT - İcazə verin, şübhələnək...

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) çəkiliş avadanlıqlarının icrasının satın alınması ilə bağlı elan etdiyi tender müsabiqəsinin (Təkliflər sorğusu) nəticəsi məlum olub.

Ōlkəpress.com xəbər verir ki, tenderin qalibi fiziki şəxs Hüseynov Yaqub Akif oğludur (VÖEN-1502162372)

AzTV Yaqub Hüseynova icarəyə götürdüyü çəkiliş avadanlıqları üçün 114 min 546 manat ödəyəcək.

Bu gün AzTV özünün maddi-texniki bazası baxımından dünyanın ən öndə gedən telekanalları ilə rəqabət apara biləcək səviyyədədir və bu faktdır. Hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılması ilə yanaşı, əlavə olaraq dövlət telekanalına avadanlıqların alınması məqsədilə digər dövlət qaynaqlarından da vəsaitlərin cəlb olunması faktı mövcuddur.

Belə bir şəraitdə hörmətli AzTV rəhbərliyinin kimlər üçünsə xırda görünə biləcək 115 min manata avadanlıq icarəsinə nələrin vadar etdiyini izah etməsi çox maraqlı olardı. Yəni nə zərurət var idi ki, AzTV avadanlıq icarəyə götürsün?

Ənənəvi sualımız qüvvəsindədir: İcazə verin, şübhələnək...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq (DİA.AZ)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi