olkepress.com
olkepress.com

Səhər yeməyindəki bu 2 ərzaq mədəaltı vəz və ürəyin düşmənidir

18-01-2022, 11:07

Səhər yeməyindəki bu 2 ərzaq mədəaltı vəz və ürəyin düşmənidir

Kərə yağı və sarı pendirlə səhər yeməyi ürək və mədəaltı vəz xəstəlikləri üçün zərərlidir.

Ölkəpress.com medicina.az-a istinadən xəbər verir ki, rusiyalı qastroenteroloq Sergey Vyalov səhər yeməyindəki zərərli qidanı açıqlayıb.
“Çox sağlam adamlar, uşaq və yeniyetmələr yağ pendir buterbrodu yeyə bilər. Amma orta yaşlı və yaşlı insanlar bu qidadan imtina etsə yaxşıdır. Kərə yağı, üzərində yağlı pendirdə çoxlu xolesterin və triqliserinlər var.

Əgər orta yaş və yaşlı insan bir dəfəyə 2 dilim belə buterbrod yeyərsə, bu qədər yağ onun mədəaltı vəz, ürəyi üçün çox ağırdır. Mədəaltı vəz və qaraciyər yüklənmiş gərgin vəziyyətdə işləyir.

Üstəlik bununla yanaşı alkoqol içilərsə, öd şirəsi mədəaltı vəz axarlarına sıçrayır. Bu zaman fermentlər mədəaltı vəzin divarlarını yeyir. Beləcə, kəskin pankreatitə zəmin yaranır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi