olkepress.com
olkepress.com

Bir qapazın pərdəarxası: Onlarla körpənin ağzında yarımçıq qalan loxma - FOTO

14-01-2022, 11:13

Bir qapazın pərdəarxası: Onlarla körpənin ağzında yarımçıq qalan loxma - FOTO

Bir gün əvvəl sosial şəbəkədə yayılmış video bütün Azərbaycanın qəzəbinə səbəb oldu.

Özünü “tərbiyəçi” adlandıran, amma tərbiyədən nəsibini almamış qadın başı ovucu boyda olan körpəyə şiddət tətbiq edib.

Cəmiyyətdə hiddət yaradan bu görüntülər sürətlə yayılmağa başladı. Videoya yazılan rəylər isə bildiyimiz kimi təhqir və tənqid dolu oldu.

Dərhal aidiyyəti qurumlar hərəkətə keçdi. Daxili İşlər Nazirliyi bildirdi ki, artıq məsələ ilə bağlı araşdırmalar başlayıb. Fakt nəzarətə götürüldü. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymətin veriləcəyi bildirildi.

Təxmin edə bilirik ki, o “tərbiyəçi”ni hansı cəza gözləyir. Lakin uşağın aldığı travma düşündüyümüzdən də böyük ola bilər. Bu şiddət onda cəmiyyətə qarşı fobiya, ümumilikdə isə insanlara qarşı aqressiya yarada bilər. Hətta təhsilə də!

2-3 yaşlarında olan bu oğlanın döyülməyinə səbəb isə nə qədər absurd görünsə də qadının foto çəkmək istəyidir. Stəkandan su içməyi belə hələ bacarmayan, süd butulkası yanında olan bu balacanın “müəllim”in gözündəki günahı sadəcə ağzındakı loxmanı udmasıdır. Bu zaman azyaşlı vəhşiliklə üzləşir.

Gələk məsələnin digər tərəfinə.

Sözügedən bağçanın “Instagram” səhifəsinə daxil olduqda gözündə qorxu, ağzındakı loxmanı uda bilməyən körpələrin fotoları ilə qarşılaşırıq. Bəlkə də bir gündə yayılan videonun əslində pərdəarxası da var. Və bəlkə də onun kimi onlarla uşaq bu vəhşiliklə üzləşir. Belə ki, geniş rezonans yaradan video da spontan şəkildə çəkilməyib. Böyük ehtimalla videonu çəkən şəxs bundan əvvəl də uşaqların şəkilləri çəkilərkən zorakılığa məruz qalmasının şahidi olub. Növbəti “hədəf” “nişangah”a gələndə isə o təxmin edilən zorakılığı lentə almaq qərarına gəlib.

Özünü tərbiyəçi adlandıran və bağçada sırf ayın sonunda maaş almaq üçün günləri sayan bu qadının hərəkəti əslində bəzi bağçalarda mövcud olan durumu göstərir.

Ümid edirik ki, vəziyyət əslində düşündüyümüz qədər acınacaqlı deyil. Hər səhər övladlarımızı əmanət etdiyimiz təhsil ocaqlarında insanlıqdankənar davranışlar təbliğ edilmir.

Vurğulayaq ki, bu qapaz yalnız bir uşağa deyil, ümid bəslədiyimiz gələcəyimizə, bir neçə ildən sonra ölkə sərhədində dayanaraq Vətənini qoruyacaq əsgərə dəydi!

Bir qapazın pərdəarxası: Onlarla körpənin ağzında yarımçıq qalan loxma - FOTO


Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi