olkepress.com
olkepress.com

"Tramp dəhlizi"nin həyata vəsiqəsi təsdiqlənəcək

14-08-2025, 17:04

"Tramp dəhlizi"nin həyata vəsiqəsi təsdiqlənəcək Vasif Əfəndi
Siyasi ekspert


ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskda keçiriləcək görüşdən gözlənilən əsas məqam Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün ilk növbədə müharibəyə atəşkəs və mümkün barış çərçivəsini müəyyən etməkdir. Tramp bu görüşü "feel-out meeting" (ilk addım) kimi dəyərləndirib. Görüşdə Tramp Putinin sülhə nə dərəcə ciddi yanaşdığını qiymətləndirmək niyyətindədir. Müvəqqəti atəşkəsə nail olunarsa, növbəti görüş Ukrayna Prezidenti Zelenski və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə davam edə bilər.

Bəzi dairələrdə səsləndirilən torpaq dəyişdirilməsi versiyası real görünmür. Çünki, bu məsələdə Ukrayna israrla qəti əleyhinədir. Görüşdə nüvə təhlükəsziliyinin müzakirəsi də olacağı mümkündür. Ukraynaya təcavüzü müddətində Putin dəfəlrlə nüvə başlıqlarının hazır vəziyyətə gətrilməsi bardə göstərişlər verib. Bu məsələ son dərəcə aktualdır və həll olunması vacib məsələlərdən birincisidir.

İki böyük dövlətin başçılarının görüşü zamanı Güney Qafqazda vəziyyət təhlil ediləcək və “Tramp dəhlizi"nin həyata vəsiqəsi təsdiqlənəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi