olkepress.com
olkepress.com

Əmrullayev bir rektorun ƏLİNDƏ QALIB?

13-07-2021, 11:52

Əmrullayev bir rektorun ƏLİNDƏ QALIB?


Ali təhsil ocaqlarında yay imtahan sesiyası başlar-başlamaz Gəncə Dövlət Universitetinin adı yenidən medianın manşetlərində ön sıralarda çəkilməyə başlayıb. Zatən ilin bütün fəsillərində şikayət baxçasında tər çiçəklər bitirən GDU imtahan vaxtında bir ayrı aləm olur. Əgər imtahan sessiyası tələbənin biliyini qiymətləndirmək üçündürsə, bu Gəncə Universitetində təhsil alanlar üçün qorxulu röyaya çevrilir. Xüsusilə hazırda da davam edən sesiya daha dəhşətli, daha yağmalayıcı xarakteri ilə əvvəlkilərdən fərqlənir.

Rubrika.az saytına danışan şikayətçilər bildirirlər ki, GDU ölkə qanunlarını heçə sayan, bir neçə nəfərin iradəsi ilə idarə olunan təhsil müəssisəsidir. Burada baş verən qanunsuzluqlar barəsində dövrü mətbuatda, eləcə də Rubrika.az saytında zaman-zaman məlumatlar verilsə də elə bir mühüm dəyişikliklər olmayıb. Sadəcə bazar qanunlarına uyğun olaraq imtahan qiymətlərində dəyişikliklər edilir, vəssalam. Tələbələr ürək ağrısı ilə bildirirlər ki, hətta tikinti materialları bazarında qiymətlər qalxanda belə canımıza qorxu düşür ki, bizdə də imtahan qiymətləri qalxacaq. Bütün tədris ili boyu davam edən tələbələrin “soyulması” imtahanlar vaxtı kulminasiya nöqtəsinə çatır.
Rubrika.az saytına verilən məlumatlara görə, GDU-da təhsil adına rəzalət sayılacaq bu əməllərə rəvac verən şəxs Şahin Xurşudovdur. Universitetdə böyük səlahiyyətlər sahibi olan bu şəxs bəzən rektor əvəzində də qərarlar verir. Məlumatlara görə, baş verən bütün maliyyə əməliyyatları, eləcə də “imtahan yağmalanması” məhz onun xeyir-duası ilə baş tutur. Universitetdə rektor Yusif Yusibovun "qara kassa"sı kimi tanınan "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekanı olan Xurşudov hər yerdə deyir ki,mən mini rektoram. Məlumatlara görə, əvvəllər rüşvət bir az gizli formada alınırdısa, Şahin Xurşudovun məsələyə “əl qoymasından” sonra heç kimdən çəkinib eləmədən tələbələrdən pul yığırlar. Pandemiya dövründə isə daha mütərəqqi formul düşünülüb- tələbələrə xüsusi adamlar vasitəsi ilə zəng olunur.Təklif olunur ki,sualların doğru cavablarını da verəcəyik.Pulunu bizim kart hesabımıza göndərin,qiymətlərinizi yaxşı yazacağıq.
GDU-da "kölgə iqtisadiyyatı" tamamilə Şahin Xurşudovun nəzarəti altındadır. Necə deyərlər burada onun iradəsindən kənar quş da qanad çala bilməz. Elə bunun nəticəsidir ki, Ş.Xurşudov istənilən müəllimin həsəd aparacağı dəbdəbəli həyat tərzinə malikdir. Zamanın necə dəyərli olduğunu sahibinə xatırladan 4000 manatlıq qızıl saatı, yüz min manat dəyərində "Land Cruiser" maşını da Xurşudovun “elmi nailiyyətlərinin” az qismidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da vardır ki, universitet tələbələrinin bu cah-cəlalda “əməyi” heç də az deyil.
Bildirilir ki, tələbələr aldıqları hər qiymətə görə Xurşudovu “gördükləri” kimi yedikləri hər loxma çörəyə görə də onun kafelərində hesab ödəməlidirlər. Belə ki, GDU-nun həyət-bacasında, içərisində olan bütün iaşə ocaqları ona məxsusdur.
Rubrika.az saytına verilən məlumatlara görə, GDU-da özbaşınalıqlar o həddə çatıb ki, nəinki qanunlara, heç Təhsil Nazirliyinin göndərdiyi komissiyaya belə məhəl qoyulmur. Belə olmasaydı, nazirliyin əməkdaşları rektorun otağından qovulmazdı.
Belə ki, Təhsil Nazirliyi həm kütləvi informasiya vasitələrində dərc olunan materiallara görə, həm də nazirliyə olunan çoxsaylı şikayətlərə görə universiteti yoxlatmaq üçün xüsusi komissiya göndərib. Komissiya yoxlama prosesində maliyyə sahəsində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması, saxta tələbə köçürmələri və s. kimi cinayət xarakterli faktlar aşkar edib.
Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda, Yusif Yusibov onları otaqdan qovaraq qışqırıb ki, gedin bacardığınızı eləyin.
Rubrika.Az saytına verilən məlumatlara görə, E.Əmrullayevlə heç də yaxşı münasibətləri olmayan Y.Yusibov bundan sonra “lazımi adamları” məlumatlandırandan sonra (onların kimliyi barədə də məlumatımız var) Təhsil nazirliyinə komissiyanın dayandırılması ilə bağlı təzyiqlər olunub və məsələ növbəti dəfə ört-basdır edilib.
Sual olunur ki, bütün bunlar nə vaxta qədər malalanacaq və GDU-da təhsil rəzalətinə rəvac veriləcək?
Niyə görə GDU-nun maliyyə məsələlərinə heç kim müdaxilə edə bilməz?
Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə getdiyi bir şəraitdə GDU-də açıq-aşkar “imtahan bazarı”nı niyə heç kim görmür?
Nazirliyin komissiyasını qovmaq cəsarətini GDU yetkililərinə kim verib?
Ş.Xurşudovun əməllərinə rəvac verənlər düşünmürlərmi ki, bütün bunlar Azərbaycan təhsili adına bir utancdır?
Suallar çoxdur, amma təəssüf ki, cavab verən tapılmır. Və yaxud cavab verə bilmirlər. Yoxsa onlar da bir qəfil telefon zəngindən qorxurlar?…

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi