olkepress.com
olkepress.com

700 bal toplayan tələbə danışdı - VİDEO

3-09-2020, 18:32

700 bal toplayan tələbə danışdı - VİDEOXırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin məzunu Hüseyn Abdullayev ali məktəblərə qəbul imtahanlarından 700 bal toplayıb. H.Abdullayev imtahanın birinci mərhələsindən 300, ikincidən isə 400 bal toplamağı bacarıb.

Baku TV həmin tələbə haqqında reportaj hazırlayıb.

Hüseyn Abdullayev Ağsu rayonunda anadan olub. Orta təhsilə Xətai rayonu 264 nömrəli tam orta məktəbdə başlayıb. Üçüncü sinifdən isə o, Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilini davam etdirib. Elə həmin məktəbdən də bu il məzun olub.

H.Abdullayev “Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verilişinin isə iştirakçısı olub. Bundan başqa, o, bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıdır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi