olkepress.com
olkepress.com

Azərbaycanda universitet LƏĞV EDİLDİ

28-02-2025, 17:36

Azərbaycanda  universitet LƏĞV EDİLDİ

Bakı Asiya Universiteti hüquqi şəxs kimi ləğv olunduğunu elan edilib.

Bu barədə "Vergilər" qəzetində elan dərc edilib.

Kreditorlardan iki ay ərzində tələblərini bildirmələri istənilib.

Qeyd edək ki, Bakı Asiya Universiteti 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və burada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi