olkepress.com
olkepress.com

Sahil Babayevin səriştəsiz kadrları ucbatından “Qocalar evində” ahıl insan özünü asdı

21-07-2020, 11:15

Sahil Babayevin səriştəsiz kadrları ucbatından “Qocalar evində” ahıl insan özünü asdı
Pansionatın direktoru Samirə Mehdiyeva vəzifəsində qalacaqsa, intiharlar kütləvi hal alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tabeçiliyində olan Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatının ahıl sakini Saday Babayev srağagün axşam yaşadığı otaqda özünü asıb. Etibarlı mənbədən aldığımız məlumat görə, fakt artıq prokurorluq tərəfindən araşdırılır. Hadisə yerinə mərhumun oğlu da gəlib və son dövrlər atasının pansionatdakı vəziyyətdən narazı olduğunu dilə gətirərək, onu intihar həddinə çatdıranların məsuliyyətə cəlb olunmasını tələb edib. Bu barədə bir az sonra. Hələliksə...
Hələliksə xatırladaq ki, sözügedən pansionata bir neçə ay direktor vəzifəsinə təyin olunmuş Samirə Mehdiyevanın yarıtmaz idarəçiliyindən, əmək qanunvericiliyinin tələbləri ilə hesablaşmadan peşəkar, işini bilən kadrları vəzifələrindən kənarlaşdırmasından, yeni komandasını sosial xidmət sahəsində səriştəsi olmayan qeyri-həssas, cəmiyyətdə davranışlarına görə reputasiyaları heç də müsbət olmayan şəxslərdən və əsasən rəfiqələrindən formalaşdırmasından, dirəniş göstərənləri şərləməkdən belə çəkinməməsindən, pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi rejimin sərtləşdirildiyi dönəmdə hələ əmrləri veriməmiş yeni işçilərinin icazələri olmadan sərbəst hərəkət etmələrindən, pansionatın sabiq rəhbərliyindən miras qalan xoş xatirələrin izini pansionatın binasından və sakinlərin yaddaşından silmək üçün əlindən gələni etməsindən, xidmət etməli olduğu qocalara münasibətdə ayrı-seçkilik siyasəti yürüdərək onların arasında qütbləşmə yaratmasından, xüsusi imtiyazlar verdiyi bəzi sakinlərdən digərlərinə qarrşı təzyiq vasitəsi kimi istifadə etməsindən, sakinlərə hər addımbaşı pul tələsi qurmasından yazmışdıq və bu xoşagəlməz proseslərin yaxşı heç nə vəd etmədiyini proqnoz etmişdik. Nazirliyin və digər əlaqədar qurumların ictimailəşdirdiyimiz bu məsələyə biganə qalmaları, onların ünvanına göndərdiyimiz rəsmi məktublara vaxtında çevik reaksiya verməməsi işi gətirib bu yerə çıxardı.
Ötən məqalədə toxunduğumuz məsələlərdən biri də pansionatın sakinlərinin normativə uyğun qida rasionundan onlara verilməli olan ərzaqların kəsilərək mənimsənilməsi idi. Haqlı sual qoyulmuşdu: “Əgər köhnə kadrlara “Evdə qal və maaşını al” məsləhəti verərək onları qeyri-legitim əvəz edən şəxslərin səmimiliyinə, ərzağı oğurlayıb mənimsəmədiklərinə necə inanmaq olar?”
Şikayətlənən sakinlərin də bizə danışdıqlarını qələmə almışdıq. Altını cızdığımız bəzilərini xatırladırıq:
Sevil Fərəcova: “Bizə verilən yeməyi heç pişiyin qabağına atsan, yeməz. Duzu da yoxdu. Boşqabın içində şarik boyda kiçik ət parçası üzür. Adını da qoyublar küftədi”.
Vitaliy: “Verdikləri xörəyi heç it də yeməz. Sümükdən, kartofdan, bir də sudan ibarətdir”. Amma 3-5 manat pul ödəyə bilsən, əlavə xörək verirlər”.
Şəfaq Səfərəliyev: “Çox diqqətcil, qayğıkeş bir sanitar vardı – Aynurə xanım. Hansı səbəbdənsə, işdən çıxardılar. İndi bizə baxan yoxdur. Yerinə də başqasını təyin etməyiblər”.
Cəfər Məmmədov: “Bir ildi burdayam. Son aylar, xüsusilə bu xəstəlik söhbəti ortaya çıxandan bəri nə yeməyimiz yeməkdi, nə içməyimiz içmək. Aynurə adlı sanitarkamız vardı. Hər səhər gəlib bizə baş çəkirdi, qulluq göstərirdi. Lazım gələndə dükana göndərirdik, istədiimizi alıb-gətirirdi. Onu da işdən çıxarıblar, bizə xidmət eləyən yoxdu. Hökumət yaşlılara bayıra çıxmamağı tövsiyə edib, əməl edirik. Amma burda yemək sarıdan korluq çəkəndə neyləməliyik?
Aynurə Zakir qızı (sanitar bacısı): “Beş ildi bu pansionatda işləyirəm. Qaçqınam. İki xəstə uşağım var, iflicdirlər. Ramana Əlillər Evindən bura göndərilmiş Humay adlı gənc xanım var. Qışda soyuqdan şikayətlənib. Direktor ona xarab elektrik pilətəsi verib. Demə, pilətənin naqillərinin üstü açıqmış. Humay ehtiyatsızlıq edib, cərəyan vurub. Ölümdən qayıdıb. Mən də təsadüfən şahid oldum. Sorağı yuxarılara çıxdı. Soruşdular, mən də olanı danışdım. Axı faktı dana bilməzdim. Direktor o vaxtdan mənlə zidd düşdü, yalan danışıb onu müdafiə etmədiyimə görə məni burdan uzaqlaşdırır. Tərəfini saxlayan o biri sakinləri də öyrədib Humayın üstünə salıb ki, ifadəsini dəyişsin. Mən bu ədalətsizliklə barışmayacağam. İflic balalarımı da götürüb düz Prezident Aparatına gedəcəyəm”.
İntihar xəbəri çıxandan sonra Samirə Mehdiyevanın yarıtmaz idarəçiliyindən narazı olan şəxslərlə əlaqə saxlayıb münasibətlərini soruşduq, ölüm faktı ilə bağlı təfərrüatları öyrənməyə çalışdıq. Bildirdilər ki, Saday Babayev son günlərə qədər özünü gümrah hiss edib, onda hansısa xəsəliyin əlamələri hiss olunmayıb. Sağlamlığından, iştahsızlıqdan şikayətlənməyib. Gündəlik tutur, dəftərçəsində yaşantıların qeyd edirmiş. Dəftərində qeyri-pozitiv, əhvalını korlayan nəsnələr haqda qeydlər aşkarlanmayıb. Əksinə, iştahı yerində olduğundan, həmişə menyunun naqisliyindən gileylənib. Son günündə səhər və günorta yeməyindən doymadığından, günün ikinci yarısı mətbəxdən əlavə pay istəyib. Verməyiblər. O da küsərək şam yeməyinə də gəlməyib. Nəzarət etməli olanlar onun görünməməsinin səbəbi ilə maraqlanmayıblar. Görünür, bu laqeyd münasibət onu psixoz vəziyyətə salıb.
Rəyini öyəndiyimiz şəxslərin fikrincə, direktor və ətrafına topladığı korrupsioner dəstə, habelə onlara himayədarlıq edən Nazirlik mənsubları, ələlxüsus da Samirə Mehdiyevanın vəzifəyə gətirilməsində əsas rol oynayan, onun “adamı” kimi tanınan Vüqar Behbudov vəzifələrindən kənarlaşdırılmasalar, Saday Babayev kimi özünə əl qatanlar çox olacaq. Həmçinin bildirdilər ki, az öncə S.Mehiyeva ad gününü qeyd edib. Tərəfdarları kollektiv üzvlərini – 56 nəfərdən 40 nəfərini məcbur ediblər ki, direktora ya hədiyyə alsınlar, ya da pul versinlər. Bundan başqa, “Meyvəli” şirkətindən alınaraq sakinlərə hər ay çatdırılmalı olan 20 min manatlıq yuxarı aylıq ərzaqdan xəbər-ətər yoxdur, kağız üzərində “pay-püşk” edilərək pulu mənimsənilib. Sakinlərdən Akif Dəniz oğlu Bəylərov menyunun kasadlığına etraz etdiyi üçün rəhbərlikdən təpki görüb. Pansionatı bir müddətə tərk etsə də, bir neçə gün sonra geri qayıdıb. Ona qarşı təzyiq və təhdidlər hələ də davam etdiyindən, aqibəti mərhum Saday Babayevinki kimi ola bilər.
Mövzuya qayıdacağıq.
(Nyus. Az)

Ölkəpess.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi