olkepress.com
olkepress.com

“Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz”- Razi Nurullayev Valday konfransından yazdı

9-10-2019, 10:23

“Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz”- Razi Nurullayev Valday konfransından yazdı“Mənə çox suallar ünvanlanıb ki, Prezident İlham Əliyevin Valday konfransında çıxışına münasibət bildirim. Mövqeyim budur. Qarabağ münaqişəsi ilə bağlı dövlət başçısının çıxışı çox məntiqli oldu. Məhz, elə buna görədir ki, neçə günlərdir gündəmdən düşmür. Qarabağ Azərbaycandır və ölkəmizin siyasətində dəyişiklik yoxdur və ola da bilməz”.

Olkepress.com Cebhe.infoya istinadən xəbər verir ki, bunu özünün "Facebook" səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev yazıb.

R.Nurullayevin sözlərinə görə, münaqişənin sülh yolu ilə həllini istəyənlər, Ermənistanın bədnam siyasətçilərini bu həqiqəti dərk etməyə vadar etsinlər: “Çıxışdan çıxan nəticə bu idi. Həm də ölkə daxilində bir narahatlıq var idi. Bəzi siyasi qüvvələr Prezidentin mövqeyində Qarabağla bağlı xeyirli olmayan məqamları vurğulayır və ictimai rəyi yönəltməyə çalışırdılar.

Həqiqətlər Prezidentin istifadə etdiyi üç sözdə əksini taparaq hər kəsi sakitləşdirdi və bununla da həm daxili, həm də beynəlxalq dedi-qodulara son qoymuş oldu.

Qarabağ Azərbaycandır və nida!

Prezidentə bu mövqeyinə görə təşəkkür edirəm. Azərbaycanın bir qarış torpağı belə müzakirə və mübahisə mövzusu ola bilməz. Yaxşıları görüb söyləmək də bir siyasi mədəniyyət nümunəsidir!”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi