olkepress.com
olkepress.com

Etiraz aksiyaları Honkonq iqtisadiyyatına altı gündə 357 milyon dollar zərər vurub

8-10-2019, 16:06

Etiraz aksiyaları Honkonq iqtisadiyyatına altı gündə 357 milyon dollar zərər vurubAltı günlük kütləvi etiraz aksiyaları səbəbindən Honkonq iqtisadiyyatı 2,8 milyard Honkonq dolları (357 milyon ABŞ dolları) həcmində zərərə uğrayıb.
Yerli ekspertlərin hesablamalarına əsasən, pərakəndə satış, nəqliyyat sahələrinin, restoran və mehmanxana biznesinin itkiləri ötən bazar və bazar ertəsi günləri 1,9 milyard Honkonq dollarına (242 ABŞ dolları) çatıb.

“Geo Securities” maliyyə kompaniyasının direktoru vəzifələrinin icraçısı Frensis Lunun sözlərinə görə, Honkonq metrosu operatorunun istirahət günlərindəki itkiləri 500 milyon Honkonq dolları (63,7 milyon ABŞ dolları) təşkil edə bilər. Nümayişçilər tərəfindən törədilən vandalizm aktlarından sonra şənbə günü şəhər tarixində ilk dəfə olaraq yeraltı nəqliyyat işini tamamilə dayandırıb, bazar günü isə məhdud rejimdə fəaliyyət göstərib.

Xatırladaq ki, dörd ay əvvəl cinayətkarların Çinin materik hissəsinə ekstradisiyası barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdlərindən sonra Honkonqda kütləvi etiraz aksiyaları alovlanıb. Administrasiya rəhbəri bu təşəbbüsdən imtina etsə də, aksiyalar səngimək bilmir. (Azertag.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi