olkepress.com
olkepress.com

Darçın hüceyrələrin qocalma prosesini ləngidir

13-07-2022, 12:25

Darçın hüceyrələrin qocalma prosesini ləngidir

Darçın hüceyrələrin qocalma prosesini azaldır, yəni bədənimizin gəncliyini uzadır. Darçın infarkt və insulta səbəb olan qan laxtalarının və ya qanda trombların inkişafının qarşısını alan təbii antikoaqulyantdır. Darçının özündə iltihabla aktiv mübarizə aparan flavonoidlər var.

Ölkəpress.com AZƏRTAC-a istinadən xəbər verir ki, terapevt və diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, insan orqanizmində darçının qəbulu sayəsində müxtəlif toxumalarda azot oksidinin sintezi prosesi güclənir. Bununla da, qocalmanın sürətlənməsinə səbəb olan və müxtəlif növ xəstəliklərin riskini artıran sərbəst radikalların hücumlarından müdafiə təmin edilir. Sərbəst radikallar və oksidləşdirici stres bədənimizdə xəstəliklərin və məkrli patologiyaların əsas səbəbləridir. Darçın qanı daha axarlı edir, onun antitrombotik təsiri elmə yaxşı məlumdur.

Bəlkə də darçının ən dəyərli faydalarından biri bədəndə demək olar ki, bütün hüceyrələrinin qocalma proseslərini ləngitmək qabiliyyətidir. Ancaq bu hərəkətə yalnız ümumilikdə sağlam pəhrizə riayət edilməsi təqdirdə nail olmaq olar. Diyetoloq hesab edir ki, sizin qida rasionunuz əsasən fastfud, un məhsulları və qırmızı ət kimi yeməklərdən ibarətdirsə, o zaman hətta darçın belə kömək etməyəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi