olkepress.com
olkepress.com

“Bəsit qollar buraxdıq”

15-03-2024, 06:07

“Bəsit qollar buraxdıq”

“Bütün azarkeşlərə dəstəyə görə, təşəkkür edirəm. “Futbolçularıma da təşəkkür edirəm. Sona kimi mübarizə apardılar, çox güc sərf etdilər. Xabi Alonsonu təbrik edirəm. Ona uğurlar arzulayıram”. Həm Bakıdakı, həm buradakı oyunda yaxşı şans qazanmışdıq”.

Olkepress.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasında 1/8 finalın cavab matçında “Bayer”ə 2:3 hesablı məğlubiyyəti şərh edib. Təcrübəli mütəxəssis “CBC Sport”a açıqlamasında rəqibin gücünü xüsusi vurğulayıb:

“Bu görüşlər komandaya böyük inam verdi. Futbolçular çox əziyyət çəkdilər, sonadək mübarizə apardılar. Sadəcə azlıqda güclü rəqibə qarşı oynamaq asan deyil. Bəsit qollar buraxdıq. Sonda “Bayer” gözlənildiyi kimi, güclü təzyiq yaratdı”.

Qeyd edək ki, səfərdə 2:3 hesabı ilə uduzan “Qarabağ” evdə 2:2 hesablı heç-heçə oynadığından Avropa Liqasının 1/8 finalında mübarizəni dayandırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi