Türkiyənin Çorum vilayətində polis dilənçi qadının bank hesabından 191 min TL (təxminən 10.000 AZN) pul tapıb.
Bu haqda Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, Şənyurt 9-cu küçədə M.D. adlı qadın polis qrupları tərəfindən saxlanılıb.
Axtarış zamanı qadının üzərində təxminən 100 TL, bank hesabında isə 191 min TL olduğu müəyyən edilib.
Dilənçiyə “Qeyri-qanuni əməllər haqqında” qanun çərçivəsində inzibati cərimə kəsilib.