olkepress.com
olkepress.com

“İqtidarla müxalifət düşmən deyil”

14-10-2024, 15:39

“İqtidarla müxalifət düşmən deyil”

Bir neçə gün əvvəl REAL-ın sədri Natiq Cəfərli Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb.

Olkepress.com xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Natiq Cəfərli Prezident Administrasiyasındakı görüşünün iqtidar-müxalifət münasibətləri baxımından müsbət dinamika olduğunu söyləyib.

“REAL Partiyası təbii ki, iqtidar-müxalifət arasında normal, sağlam dialoqun olmasının, müəyyən məsələlərin açıq müstəvidə müzakirəsinin tərəfdarı olub və bunu dəstəkləyib. Çünki iqtidarla müxalifət düşmən deyil, rəqibdir. Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq. Rəqabət zamanı ortalıqda müxtəlif məsələlərin müzakirəsi, problemlərin həlli yolunun birgə çözülməsi ölkədə pozitiv iqtidar-müxalifət münasibətlərinin görüntüsünə və gözləntisinə çevrilir”, - deyə sədr bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi