olkepress.com
olkepress.com

Gömrükdə xidmətə qəbulla bağlı yeni qayda

22-10-2024, 16:39

Gömrükdə xidmətə qəbulla bağlı yeni qayda

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda müəyyən edilir.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi