olkepress.com
olkepress.com

Elçin Rzayevin İmişli sakinləri ilə növbəti səyyar görüşü baş tutub

22-10-2024, 21:45

Elçin Rzayevin İmişli sakinləri ilə növbəti səyyar görüşü baş tutub

Qaradonlu kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü bu gün Qaradonlu kənd inzibati ərazi dairəsinə daxil olan Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən RİH başçısı Elçin Rzayev sakinləri salamlayaraq, respublikamızda olduğu kimi İmişli rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışıb. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verib. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib.
Elçin Rzayevin İmişli sakinləri ilə növbəti səyyar görüşü baş tutub
Elçin Rzayevin İmişli sakinləri ilə növbəti səyyar görüşü baş tutub


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi