olkepress.com
olkepress.com

İmran Xanın həbs müddəti UZADILDI

22-07-2024, 22:16

İmran Xanın həbs müddəti UZADILDI

Pakistanın Maliyyə Məhkəməsi keçmiş baş nazir və “Təhrik-e-İnsaf” müxalifət partiyasının qurucusu İmran Xan ilə həyat yoldaşı Buşra Bibinin “zinət əşyalarını mənimsəmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” ittihamı üzrə istintaqı davam etdirmək üçün həbs müddətini yeddi gün uzadıb.

Olkepress.com KONKRET.az-a istinadən xəbər verir ki, həbs müddətinin uzadılması hər iki təqsirləndirilən şəxsin iştirakı ilə elan edilib.

Qeyd edək ki, İmran Xan bu ilin əvvəlində məhkəmələrin çıxardığı iki mühakimə hökmündən sonra həbs cəzası çəkir. Yanvarda siyasətçi Dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin Xan və həyat yoldaşı qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Daha sonra hər iki hökm Pakistanın müxtəlif səviyyəli məhkəmələri tərəfindən etibarsız elan edilib.

Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı baş tutan etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi