olkepress.com
olkepress.com

İstanbul sahillərində insansız kater AŞKARLANDI

25-07-2024, 23:30

İstanbul sahillərində insansız kater AŞKARLANDI

İstanbulun Çatalca bölgəsində miqrant qaçaqmalçılığında istifadə edildiyi güman edilən, mənşəyi məlum olmayan insansız kater aşkarlanıb.

Olkepress.com KONKRET.az-a istinadən xəbər verir ki, Çatalca Prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb və verilən ilkin açıqlamada katerdə hər hansı sursat olmadığı bildirilib.

Hadisə bu gün yerli vaxtla saat 12 radələrində Akalan bölgəsindəki çimərlikdə baş verib. Əvvəlcə çimərliyin xilasediciləri kateri görüb ona tərəf gediblər.

Daha sonra katerin müxtəlif qurğu və cihazlarla təchiz olunduğunu görən xilasedicilər dərhal hüquq mühafizə orqanlarına xəbər veriblər.

Hadisə ilə bağlı araşdırma başladılıb və katerin hansı ölkəyə aid olduğu müəyyənləşdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi