olkepress.com
olkepress.com

Vatsapdan daha bir yenilik

21-11-2023, 23:31

Vatsapdan daha bir yenilik

Vatsap messencerinin tərtibatçıları istifadəçilərə e-poçtu öz hesablarına bağlamağa imkan verən yeni funksiyaya giriş açıblar.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, mobil əlaqə olmadıqda faydalı ola biləcək telefon nömrəsindən istifadə üçün əlavə seçimdir.

Hesabın elektron poçtla yoxlanılması funksiyası vatsapda ilk dəfə qeydiyyatdan keçərkən SMS vasitəsilə alınan PİN kodun daxil edilməsi ehtiyacını əvəz etmir. Yenilik yalnız telefon nömrəsindən istifadə etmədən cihazdakı mövcud hesaba daxil olma prosesini sadələşdirir. SİM karta və ya mobil bağlantıya çıxışınız yoxdursa, bu faydalı ola bilər.

Qeyd olunur ki, həmsöhbətlər istifadəçinin e-poçt ünvanını görə bilməyəcək.

Yenilik uzun müddətdir ki, iOS və Android üçün vatsapın beta versiyalarının istifadəçiləri arasında sınaqdan keçirilir. İndi funksiya tədricən messencerin stabil versiyalarının istifadəçiləri arasında paylanır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi