olkepress.com
olkepress.com

Macarıstandan ULTİMATUM

23-07-2024, 22:56

Macarıstandan ULTİMATUM

“Kiyev Rusiya neftinin Macarıstan və Slovakiyaya tranziti məsələsini həll etməyincə, Macarıstan Avropa Sülh Çərçivəsindən Aİ ölkələrinə Ukraynaya silah tədarükü üçün kompensasiya olaraq 6,5 milyard avro ayrılmasını təsdiqləməyəcək”.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Mən açıq şəkildə bildirdim ki, Ukrayna bu məsələni (neft tranziti) həll edənə qədər hamı Avropa Sülh Fondundan silah tədarükü üçün kompensasiya olaraq 6,5 milyard avro ödəməyi unutmalıdır. Çünki Ukrayna enerji təchizatımızın təhlükəsizliyini təhdid edir. Belə olan halda biz 6,5 milyard avro ödəməyə razılaşmalıyımıq?! Sizcə, bu necə görünər?”

Eyni zamanda o qeyd edib ki, Macarıstan və Slovakiya assosiasiya sazişini pozduğuna görə Ukraynanı məhkəmə ilə hədələyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi