Şəmkirdə bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, iki ildir ailəli olan 25 yaşlı Yusif Məhərrəmov və 18 yaşlı Laləzar Əhmədova arasında yaranan mübahisə qanla bitib.
Hadisə kirayədə yaşadıqları mənzildə qeydə alınıb.
İlkin ehtimala görə, ər qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına 33 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub, hazırda vəziyyəti stabil-ağır olaraq qalır.
Hadisəni törətməkdə şübhəli bilinən Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Ətraflı Baku TV-nin süjetində: