olkepress.com
olkepress.com

Cəlilabadda ağır qəza

19-04-2024, 21:04

Cəlilabadda ağır qəza

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki VAZ-2107 markalı minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə dörd nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.

Belə ki, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsə alt çənənin əzilmiş yarası, kürəkarxası nahiyəsinin qançırı, yuxarı sağ dirsəyin və sağ dizin irihəcmli əzilmiş yarası, 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması, üzün sağ səthinin şişkinliyi, səthi sıyrıqlar, 1997-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın təpə nahiyəsinin əzilmiş yarası, yuxarı ətrafın küt travması, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxsə sol əlin 4-cü daraq sümüyünün yerdəyişməyən sınığı diaqnozları təyin edilib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra üç nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bir nəfərin isə stasionar müalicəsi davam etdirilir. Hazırda vəziyyəti qənaətbəxşdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi