olkepress.com
olkepress.com

Dostunun ad günündə dava saldı

28-03-2024, 22:51

Dostunun ad günündə dava saldı

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən “Səhnə” restoranında keçirilən ad günü mərasimində dava düşüb.

Olkepress.com Qaynarinfo-ya istinadən xəbər verir ki, dava musiqi sifariş vermək üstündə baş verib.

1990-cı ildə Bakı şəhərində anadan olan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxs deyib ki, 27 mart 2024-cü ildə “Səhnə” restoranında dostunun ad günündə yeyib-içiblər. Daha sonra rəqs etmək üçün musiqi sifariş ediblər. Rəqs etdikləri zaman orada olan digər müştəri başqa musiqi sifariş edib. Bu səbəbdən mübahisə yaranıb və davaya çevrilib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində yeddi gün müddətinə həbs qərarı verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi