olkepress.com
olkepress.com

Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

26-10-2021, 15:14

Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Ölkəpress.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın yanacaqdoldurma məntəqəsinin ərazisində bir dam altında tikilmiş birmərtəbəli, ümumi sahəsi 500 m² olan və müxtəlif təyinatlı obyektlərin (avtoyuma məntəqəsi, avtomobil təmir sexləri, anbar) fəaliyyət göstərdiyi tikililərdən birində baş verib. Yanğın nəticəsində sahəsi 130 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı və arakəsmə divarı 20 m² sahədə yanıb. Yüksək temperaturdan təmirə dayanan “Hunday” markalı minik avtomobilinin qapısı qarsalanıb. Obyektin qalan hissəsi, təmirə dayanan avtomobillər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi