olkepress.com
olkepress.com

Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejimi bitdi

12-05-2023, 08:39

Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejimi bitdi

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, dünya səhiyyəsində meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejiminin bitdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qebreyesus bu haqda ÜST-nin qlobal sağlamlıq problemləri ilə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

“Meymunçiçəyi virusu səbəbiylə 111 ölkədən 87 min yoluxma hadisəsi və 140 ölüm halı ÜST-ə bildirilib”, - deyə qeyd edib.

Qebreyesus son üç ayda meymunçiçəyi virusuna yoluxma hallarının əvvəlki üç aya nisbətən 90 faiz azaldığını bildirib.

“Komitə mənə birdən çox ölkədə görülən meymunçiçəyi virusunun artıq beynəlxalq əhəmiyyətli bir fövqəladə hal ifadə etmədiyini dedi. Qəbul etdim. Bununla belə, COVID-19 pandemiyasında olduğu kimi, bu, xəstəliyin bitdiyi demək deyil”,- deyə əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi