olkepress.com
olkepress.com

Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasından danışıb

23-02-2022, 10:52

Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasından danışıb

“Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır”.

Bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

Vladimir Putin bildirib ki, Rusiya öz tərəfindən, bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək.

“Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik.

Rusiyalı lider bildirb ki, bugünkü danışıqlar Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları olduğunu aydın şəkildə göstərdi.

“Əminəm ki, bu gün əldə olunan razılaşmalar iki ölkə naminə Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək”, - deyə Vladimir Putin əlavə edib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi