olkepress.com
olkepress.com

Qvineya-Bisau Prezidenti Zəfər parkını ziyarət etdi

27-02-2025, 17:47

Qvineya-Bisau Prezidenti Zəfər parkını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Bakıda Zəfər parkını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qvineya-Bisau Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi