olkepress.com
olkepress.com

ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB.

13-03-2025, 03:57

ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB.

ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB

12 mart 2025-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun baş mühafizi fil.e.d., dosent Səbinə Əhmədova “Əlyazmaların qorunması, saxlanılması və mühafizəsi” mövzusunda mühazirə oxuyub.
Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin iştirak etdiyi seminarda alim institutda qorunan əlyazmalardan, onların mühafizəsi prosesində görülən işlərdən bəhs edib, təlim iştirakçılarına institut fondunda mühafizə olunan sənədli irs və nadir dövrü-mətbuat nümunələrini, Xurşidbanu Natəvanın bəzi əl işlərini, Xan qızına məxsus qələm, qələmdan, onun kitabxanasına aid miniatür “Quran”ı, Şah Abbasın, Nadir şahın, Şah Sultan Süleymanın fərmanlarını, Nizami Gəncəvinin “Xəmsə”sinin institut fondunda qorunan ən qədim əlyazma nüsxəsini və digər nadir materialları nümayiş etdirib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.
ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB.
ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB.
ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB.
ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB.
ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB.
ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi