olkepress.com
olkepress.com

DYP-dən səhhətində ciddi problemlər olan sürücülərə MÜRACİƏT

6-03-2025, 17:35

DYP-dən səhhətində ciddi problemlər olan sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

Müraciətdə deyilir:

“Ötən gün Bakı-Sumqayıt şosesində halı pisləşən sürücüyə yol polisi tərəfindən ilkin tibbi yardım göstərilib və bu hadisə bir müddət yolda sıxlığa səbəb olub.

Sözsüz ki, insan həyatı hər şeydən qiymətlidir. Lakin, təəssüf ki, son vaxtlar səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə tez-tez rast gəlinir ki, bu da yollarda arzuolunmaz hadisələrin, ağır faciələrin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan verilən tövsiyələrə əməl etməyi, səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi