olkepress.com
olkepress.com

Bakıda 4200 üztanıma kamerası QURAŞDIRILIB

12-03-2025, 17:26

Bakıda 4200 üztanıma kamerası QURAŞDIRILIB

2024-cü ildə “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 508 nöqtədə 1900, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 79 nöqtədə 227 videomüşahidə kamerası quraşdırlıb.

Bu barədə Nazirlər Kabineti məlumat bildirib.

Hazırda ölkə üzrə ümumilikdə 5300 nöqtədə 16 600 videomüşahidə kamerası istismar olunur.

Bundan 3500 nöqtədə 11 100 kamera Bakı şəhərində yerləşir.

Bununla yanaşı, respublika üzrə 4700 üztanıma kamerası (Bakı şəhəri üzrə 4200) istismar olunur.

Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 24 100, o cümlədən 22 300 yol-nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1400 yanğın və digər hadisə müəyyən edilib, axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə olunan 21 avtomobil müəyyənləşdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi