olkepress.com
olkepress.com

Dövlətə məxsus avtomobillə qayda pozdu - Həmin şəxs hansı nazirliyin əməkdaşıdır? - VİDEO

26-04-2021, 16:00

Dövlətə məxsus avtomobillə qayda pozdu - Həmin şəxs hansı nazirliyin əməkdaşıdır? - VİDEO

Gəncədə dövlət qurumlarından birinin avtomobili ilə ciddi qayda pozuntusuna yol verilib. Həmin avtomobil magistral yolda nəqliyyat axının əksinə hərəkət edib. Qayda pozuntusuna yol verən avtomobilin nazirliklərdən birinin tabeli qurumuna məxsus olduğu aşkar edilib.

Ölkəpress.com Xəzər TV-yə istinadən xəbər verir ki, minik maşının sürücüsü avtomagistralda əks istiqamətdə hərəkət edir. Bu azmış kimi sürəti də xeyli yüksəkdir. Videonu qeydə alan şəxs avtomobilin dövlət qurumlarından birinə məxsus olduğu deyir.

Görüntülər ötən gün səhər saatlarında çəkilib. Avtomobil sürətlə hərəkət etdiyi üçün onun dövlət qeydiyyat nişanının neçə olduğu bilinmir

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirdi ki, sürücü nəqliyyat axının əksinə hərəkət edərək ciddi qayda pozuntusuna yol verir. Bununla da Yol Hərəkəti Haqqında qanunun tələbi pozulub

Dövlət avtomobil Nəqliyyatı Xidməti məsələyə münasibət bildirib. Qurumun sözçüsü Nuridə Allahyarovanın sözlərinə görə, həmin avtomobili idarə edən şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Avtomobil Nəqliyyatı ilə Daşımaları MMC-nin əməkdaşıdır.

Respublika Baş Dövlət Yol Polisi də artıq bu məsələni araşdırıb və qayda pozan sürücü inzibati xətalar məcəlləsinə uyğun şəkildə cərimə edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi