olkepress.com
olkepress.com

Türkiyə gəmisinə raket düşdü

28-02-2024, 18:01

 Türkiyə gəmisinə raket düşdü

Türkiyənin “Kuruoğlu-3” quru yük gəmisinə Xerson limanında iki raket düşüb.

Bu barədə “Kuruoğlu” dənizçilik şirkətindən məlumat verilib.

“Şirkətimizə məxsus, Türkiyə bayrağı altında üzən “MV Kuruoğlu-3” gəmisi 22.02.2022-ci il tarixində yük boşaltmaq məqsədilə limana yaxınlaşıb və Rusiya-Ukrayna müharibəsi səbəbindən iki ildir, limanda qalıb.

27.02.2024-cü il tarixində Rusiya tərəfindən atıldığını güman etdiyimiz iki raket gəmimizə düşüb və ona su dolmağa başlayıb. Gəmimiz kəndirlərin köməyilə estakadaya bərkidilib. Kəndirlər hər an qopa və gəmimiz bata bilər”, - deyə şirkətdən qeyd edilib.

Qara dənizdə təhlükə səbəbindən aylarla evlərinə qayıda bilməyən türkiyəli dənizçilər var. Rusiyanın hücumundan sonra Ukrayna limanlarında qalan 12 türk gəmisi iki ilə yaxındır ki, geri qayıdacağı günü gözləyir.
 Türkiyə gəmisinə raket düşdü
 Türkiyə gəmisinə raket düşdü
 Türkiyə gəmisinə raket düşdü
 Türkiyə gəmisinə raket düşdü
 Türkiyə gəmisinə raket düşdü
 Türkiyə gəmisinə raket düşdü


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi