olkepress.com
olkepress.com

Müstəqillik tarixinin ilk Zəfər paradı - Yeniliklər nələr olacaq? - FOTO

8-12-2020, 11:30

Müstəqillik tarixinin ilk Zəfər paradı - Yeniliklər nələr olacaq? - FOTOBakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq işləri davam edir.

Bu məqsədlə Azadlıq meydanında xüsusi konstruksiyalar quraşdırılır, ərazi abadlaşdırılır. Bundan əlavə, “Azneft” dairəsində Azərbaycan bayrağını əks etdirəcək xüsusi lövhələr də yerləşdirilib.

Müdafiə Nazirliyindən rəsmi olaraq bildirilib ki, qələbəyə həsr olunmuş hərbi parad dekabr ayının 10-da keçiriləcək.
Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Mövzu ilə bağlı Trend-ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan edəcək. Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına, həm də rəqiblərinə böyük və əhəmiyyətli siyasi bir ismarıcdır:

“Həqiqətən də biz bu hadisələrin şahidi kimi tarixi günləri yaşayırıq. Daim qonşuların ərazi iddiaları nəticəsində suverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa da, Azərbaycan Qarabağ mövzusunda ictimaiyyət, ordu, müxalifət və iqtidar bir yerdə bir yumruğa çevirilib erməni qəsbkarlarının layiqli cavabını verə bilib. Silahlı Qüvvələrimiz döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texnikalar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusunu nə qədər böyük zərərə uğratdığını göstərmiş olacaq”.

Ə.Verdiyev qeyd edib ki, hərbi paradda Azərbaycanın qələbə bayrağının təqdim edilməsinin şahidi olacağıq. Vacib elementlərdən biri də qələbənin əldə edilməsində müstəsna rolu olan, müşahidə, kəşfiyyat, zərbə və kamikadze tipli PUA-ların təqdimatı ola bilər:

“Təbii ki, bu, ənənəvi, əvvəllər keçirdiyimiz paradların ssenarisinə oxşasa da, əhəmiyyətinə görə tam fərqli bir paraddır. Bu, sırf Zəfər paradıdır. Bu parad uzun illər hamımızın gözlədiyi, beynəlxalq çərçivədə tanınan dövlət sərhədimizin bərpa olunması ilə bağlı keçirildiyinə görə bizim hər birimiz üçün çox vacibdir. Bu paradda Birinci Qarabağ müharibəsində iştirak edən kontingentin də məhdud sayda iştirakı gözləniləndir. Təbii ki, bu mötəbər tədbirdə müharibə dövründə davamlı olaraq Azərbaycanın yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Onunla bərabər buraya təşrif buyuracaq hərbçilərin də iştirakı mümkündür”.

ölkəpress.com



Müstəqillik tarixinin ilk Zəfər paradı - Yeniliklər nələr olacaq? - FOTO


Müstəqillik tarixinin ilk Zəfər paradı - Yeniliklər nələr olacaq? - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi