olkepress.com
olkepress.com

Bu avtomobillərin hərəkəti sərbəstdir - Polisdən AÇIQLAMA

23-06-2020, 10:14

Bu avtomobillərin hərəkəti sərbəstdir - Polisdən AÇIQLAMAMinik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarını daşınmasına icazə verilmir.

Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinə və Abşeron rayonuna kənd təsərrüfatı yüklərinin daşınması qaydasına aydınlıq gətirilib.
Ölkəpress.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il 208 saylı qərarına əsasən, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sərbəstdir.

K. Əliyev qeyd edib ki, bu, kənd təsərrüfatı məhsullarının daşınmasına da şamil edilir:"Yalnız minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının daşınmasına icazə verilmir. Fermerlər öz məhsullarını yük maşınları ilə Bakı və sərt karantin rejiminin tətbiq olunduğu digər şəhərlərə, Abşeron rayonuna çatdıra bilərlər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi