olkepress.com
olkepress.com

Bu cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə olunacaq

17-04-2025, 17:55

Bu cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə olunacaq

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.

Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi