olkepress.com
olkepress.com

Balakəndə kənd yolu dağılıb

27-03-2024, 16:16

Balakəndə kənd yolu dağılıb

Balakən rayonunun Qazbinə kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb və sakinlər üçün ciddi problemə çevrilib.

Olkepress.com yazır ki, bu barədə “Report”un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralından Qazbinə kəndinə qədər olan 3 kilometrlik yol tamamilə dağılıb.

“Kənddə 1500 nəfərə yaxın sakin yaşayır. Bu vaxta qədər bir dəfə də olsun yola asfalt örtüyü çəkilməyib. Daşlı-kəsəkli olan yolda yaranan çalalar avtomobillərin hərəkətinə maneə yaradır. Yağış yağdıqda piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirlər. Qış aylarında isə kəndə gəliş-gediş mümkünsüz olur”, - deyə sakinlər qeyd ediblər.

Qazbinə, Şambulbinə, Qaracabinə və Salban kəndlərinin daxil olduğu Mahamalar kənd bələdiyyəsinin sədri Kamal Beknalov bildirib ki, kəndin daxili yollarının uzunluğu 8 kilometrdir:

“Hər il kəndin 3 kilometrlik mərkəzi yoluna və daxili yollarına daş-çınqıl tökülür və texnika vasitəsi ilə hamarlanır. Lakin yağan yağışlar nəticəsində çınqıl qatı yuyulur. Bununla belə, bu il Qazbinə kəndində yolun asfaltlanması layihəsinin icrası nəzərdə tutulub”.
Balakəndə kənd yolu dağılıb
Balakəndə kənd yolu dağılıb
Balakəndə kənd yolu dağılıb
Balakəndə kənd yolu dağılıb
Balakəndə kənd yolu dağılıb
Balakəndə kənd yolu dağılıb


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi