olkepress.com
olkepress.com

İmişlidə Zəfər Gününə həsr olunmuş konsert təşkil edildi - Fotolar

9-11-2022, 11:16

İmişlidə Zəfər Gününə həsr olunmuş konsert təşkil edildi - Fotolar

Ötən gün İmişli rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib.

“Olkepress com.” xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himni səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər bildiriblər ki, bu gün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ordumuz 44 gün davam edən Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

Tədbir Mədəniyyət və incəsənət işçilərinin ifalarında vətənpərvərlik və şən musiqilərlə davam etdirilib.
İmişlidə Zəfər Gününə həsr olunmuş konsert təşkil edildi - Fotolar
İmişlidə Zəfər Gününə həsr olunmuş konsert təşkil edildi - Fotolar
İmişlidə Zəfər Gününə həsr olunmuş konsert təşkil edildi - Fotolar


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi