olkepress.com
olkepress.com

Minaya düşən polisin ayağı amputasiya edildi

27-06-2022, 11:15

Minaya düşən polisin ayağı amputasiya edildi

İyunun 26-sı saat 20 radələrində Füzulinin işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alan polis serjantı İlham Salmanovun ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

Bu barədə Ölkəpress.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanovun hazırda həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, iyunun 26-da saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi