olkepress.com
olkepress.com

"Elin Səsi" ictimai birliyi daha bir elmi seminar təşkil etdi

19-07-2021, 17:06

"Elin Səsi" ictimai birliyi daha bir elmi seminar təşkil etdi

Respublikamızda milli-mənəvi və mədəni dəyərlərimizin təbliği istiqaməyində fəaliyyət göstərən “Elin Səsi” ictimai birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı və milli-mənəvi deyərlər” mövzusunda elmi seminar keçirildi.

Olkepress.com xəbər verir ki, seminarda media nümayəndələri daxil olmaqla 100-ə yaxın şəxs iştirak edib. Seminarı “Elin Səsi” ictimai birliyinin sədri, AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, s.e.ü.f.d. Elvin Talışınski açaraq təşkilatın milli-mənəvi dəyərlər sahəsində illərdir fəaliyyət göstərdiyini, xüsusilə gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximiz, dahi şəxsiyyətlərimiz haqqında daha dolğun məlumatın əldə olunması məqsədilə mütəmadi olaraq bu cür seminarların təşkil etdiyini bildirdi. E.Talışınski bu ilin Nizami Gəncəvi ili elan olunmasından ve Nizami şəxsiyyətinin gənclər arasında təbliğ edilməsinin vacibliyindən danışdı. Sonra söz Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin baş müəllimi, şərqşünas-tədqiqatçı Əli Rzazadəyə verildi. Əli müəllim öz növbəsində sözə Nizami Gəncəvinin “Əgər 100 il sonra soruşsanız ki, Nizami haradadır? Mənim hər bir beytim deyir o, burdadır” beyti ilə başladı. Əli müəllim çıxışında iki məsələyə toxundu. Birinci Nizaminin sufilik məsələsinə, yəni bəzi düşüncələrin yalnış olduğunu, Nizaminin sufi olmamasının Nizaminin eşqə baxışının irfani baxış olması ilə izah etdi. Ə.Rzazadə gender bərabərliyinin Nizami yaradıcılığının fundamental xətti olduğunu vurğulayaraq, onun bütün əsərlərində qadın azadlığına, elmə, savada üstünlük verdiyini diqqətə çatdırdı. Əli müəllimin çıxışından sonra Bakı İslam Universitetinin müəllimi, dinşünas, “Elin Səsi” ictimai birliyinin idarə heyətinin üzvü Cəlil Məmmədov çıxış etdi. Cəlil müəllim də Nizami Gəncəvinin yaradıcılığında bütün mənəvi dəyərlərə toxunduğunu, ailə, elm, təhsil lakin bunlarla yanaşı dini məsələlər haqqında mövzuların olduğunu hətta Nizaminin öz əsərlərində Peyğəmbərlərin həyatında baş verənləri xüsusi məharətlə qələmə aldığını nəzərə çatdırdı. C.Məmmədov qeyd etdi ki, Nizaminin bütün əsərlərinə baxsaq hər birinə tövhidlə başladığını görərik. Sonda isə ekoloq Vüsal İbrahimli çıxış etdi o, da Nizami Gəncəvinin əsərlərində ekologiya, təbiət hadisələrinə nəzər saldığını vurğuladı. Həmçinin o, Nizami Gəncəvinin bütün kainatda gedən təbii proseslərin hamısını gətirib varlığa Allaha bağlayır, deyə bildirdi.
Sonda tədbirin təşkilatçısı Elvin Talışınski bu cür görüşlərin davamlı olacağını bildirdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi