Azərbaycanlı müğənni Günel Zeynalova İbrahim Tatlıseslə yenidən bir araya gəlib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Günel instaqram hesabında paylaşım edib.
O bildirib ki, həmkarı Ceylan və Yudumla birgə Tatlısesin yeni layihəsində ona vokalistlik edib:
"İmparator, sənə uşaqlığımdan bəri vokalistlik edirəm. Bu, mənim üçün böyük şərəfdir. Yeni hit gəlir, xeyirli-uğurlu olsun. Ceylo və Yudumla birgə. Qızlar, bundan sonra vokala gedirik".