"Bu haqda heç nə danışmıram. Əslində danışmağı sevmirəm, insanlar məni səmimi olduğum, nəyisə gizlətmədiyim üçün sevirlər. Bu müddət ərzində danışmadım, düşündüm ki, susmaq ən gözəl cavabdır. Onsuz da xırda nüanslarla hiss etdirmişdim, gizlətmirdim. Hər ailədə olduğu kimi bizdə də problemlər oldu. Nəyi gizlədim? Bunu hər kəs bilir".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova qonaq qolduğu "Həyat tərzi" verilişində həyat yoldaşı Eşqin Cəlilovla ayrılmaq iddialarına cavab verərkən deyib.
Sənətçi bildirib ki, onların evlilikləri məhkəməyə qədər gedib çıxsa da, sonradan bu istəyindən vaz keçib. Aysun Eşqinlə barışıq prosesində olduğunu dilə gətirib:
"Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş. Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir. Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım".
Qeyd edək ki, Aysun İsmayılova ilə Eşqin Cəlilov arasında ayrılıq iddiaları ikilinin "Instagram" hesablarından birlikdə çəkilən fotolarının silinməsindən sonra üzə çıxıb. Eyniz zamanda Aysun sosial şəbəkə hesabında Cəlilova soyadını dəyişərək, İsmayılova soyadına qayıdıb.