olkepress.com
olkepress.com

Dədə Süleyman evini Nanəyə vəsiyyət edib

24-10-2022, 17:00

Dədə Süleyman evini Nanəyə vəsiyyət edib
Ötən gün 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb.

Olkepress.com xəbər verir ki, xanəndənin qızı Yenicag.az-a açıqlamasında bunları deyib:

"Atam vəfat etməzdən öncə mənə dedi ki, üç vəsiyyətim var, bunları mütləq şəkildə yerinə yetirərsiniz. Birinci vəsiyyəti bu idi ki, Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət, qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm.

İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiz, amma məni ananızın yanında dəfn edərsiz. Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı".

Qeyd edək ki, N.Ağamalıyeva aparıcısı olduğu "Şou ATV" və "Nanəli" verilişlərində Dədə Süleymana buraxılışlar həsr edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi