olkepress.com
olkepress.com

Natiqlik forumunun final mərhələsi keçirilib

7-04-2024, 00:52

Natiqlik forumunun final mərhələsi keçirilib Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan Orator-səyyar natiqlik dərnəyi layihəsi çərçivəsində Quba rayonu Alekseyevka kənd tam orta məktəbində natiqlik forumunun final mərhələsi keçirilib. Forumda Quba rayonunun Alekseyevka, Qımılqışlaq, Hacıqayıb, Talabıqışlaq, Digah, İkinci Nügədi kənd 2 nömrəli tam orta, Davidoba, Küçeyi kənd ümumi orta, Zərdabi və Barlı qəsəbə tam orta məktəblərindən 30 nəfər 7-9-cu sinif şagirdləri iştirak edib.

Final forumunun açılış mərasimində çıxış edən layihə rəhbəri, Quba rayonu Talabışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova bildirib ki, əsas məqsədi şagirdlərin şifahi nitqinin və natiqlik bacarıqlarının inkişaf etdirilməsi olan layihə çərçivəsndə Quba rayonunun 10 müxtəlif kənd və qəsəbə məktəblərində natiqlik mövzusunda təlimlər keçirilib, 169 nəfər şagirdin iştirakı ilə 5 zonada natiqlik forumları təşkil olunub.
Natiqlik forumunun final mərhələsi keçirilib
Həmin forumların qalibləri bu gün final mərhələsində iştirak etmək hüququ əldə edib.

Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev layihənini təşkil edilməsində göstərdiyi fəaliyyətə görə layihə rəhbərinə təşəkkürünü bildirib və bu kimi layihələrin davamlı icra edilməsinin əhəmiyyətini bildirib.
Quba rayonu Alsekseyevka kənd tam orta məktəbinin direktoru Sevil Allahverdiyeva çıxış edərək şagirdlərin yumşaq bacarıqlarının formalaşmasında laihənini çox önəmli olduunu qeyd edib.

Rəsmi hissədən sonra natiqlik formuna start verilib. Quba rayonu Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov, Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elməddin Ələsgərli və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudovdan ibarət münsiflər heyyəti tərəfindən qiymətləndirməyə əsasən Alekseyevka kənd tam orta məktəbinin komandası 170 xalla forumun qalibi adını qazanıb. Talabıqışlaq kənd tam orta məktəbi 157 xalla ikinci, Küçeyi kənd ümumi orta məktəbi isə 151 xalla üçüncü yeri tutub.
Natiqlik forumunun final mərhələsi keçirilib
Qalib və mükafatçılar kubok, medal, diplom və kitablarla təltif edilib.

Forumun nəticələrinə əsasəm həm də “Ən yaxşı natiq”lər də müəyyən edilib. Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Aişə Dostuyeva “ən yaxşı I natiq”, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin 9-cu sinif şagirdləri Fidan Manafova, Ayxan Yunusov, Qımılqışlaq kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Rəna Əkbərova, Talabıqışlaq kəbd tam orta məktəbinin 9-cu sinif şagirdi Zəhra Balayeva “Ən yaxşı II natiq”, Digah kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Zəhra Əsədova, Talabıqışlaq kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Gülçin Mehbəliyeva, Küçeyi kənd ümumi orta məktəbinin 9-cu sinif şagirdləri Aysel Allahverdiyeva və Səadət Məmmədquiyeva isə “Ən yaxşı III natiq” nominasiyası üzrə fəxri fərmanla təltif ediliblər.
Natiqlik forumunun final mərhələsi keçirilib
Natiqlik forumunun final mərhələsi keçirilib
Natiqlik forumunun final mərhələsi keçirilib
Natiqlik forumunun final mərhələsi keçirilib
Natiqlik forumunun final mərhələsi keçirilib
Natiqlik forumunun final mərhələsi keçirilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi