olkepress.com
olkepress.com

Şəmkir təhsilində HƏSƏN-HÜSEYN DAVASI...

9-08-2022, 10:37

Şəmkir təhsilində HƏSƏN-HÜSEYN DAVASI...

Dünən sosial şəbəkələrdə Şəmkir rayonunun Xanallar kəndi, F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovaya aid olduğu iddia olunan səs yazısı yayıldı.

DİA.AZ bildirir ki, əslində normal bir çağırışla diqqətə gələn məktəb direktoru anromal təpgiləri də üzərinə cəmləməli oldu.

Səs yazısına qulaq asanda aydın olur ki, yay tətili olmasına baxmayaraq Şəmkirin İcra başcısı Rəşad Tağıyev və Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev müəllimlərə rahatlıq vermirlər. Səs yazısına qulaq asdıqda daha bir ciddi məsələ diqqəti cəlb edir: məktəb direktoru Nərxanım müəllimə məlumat verir ki, İmamzadə yolunda, həmçini Şəmkir rayonunda olan Hasantəpə qəbristanlığında Aşura mərasimi qeyd olunacaq. O, həmin dini mərasimə məktəbli uşaqların buraxılmaması göstərişini verir. Direktor bunu belə izah etməyə çalışır ki, İranın ölkəmizdə işğtişaş və dini təfriqə yaratmaq təhlükəsi olduğu üçün uşaqlar ora buraxılmır və s. Lakin bəzi sosial media orqanları və saytlar direktorun bu narahatlığını başqa səmtə yozub onun əleyhinə anti-təbliğat aparırlar.

Millət vəkili Fazil Mustafa isə bu məsələyə reaksiya verərək özünün fb statusunda yazır: “Sosial şəbəkələrdəki paylaşımlarda Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın din adı ilə keçirilən mərasimdə məktəblilərin iştirakının qarşısını almaq üçün müəllimlərə etdiyi çağırış barədə yazılıb və onun səs yazısını da yayıblar. Məqalə sırf irançı mövqedən yazılıb və bu dəyərli məktəb direktorunu hədəf seçiblər. Bu cür məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir. Çox gözəl şəkildə Azərbaycan dövlətinin mövqeyindən çıxış edir Nərxanım müəllimə. Uşaqların sağlam yetişməsi üçün fədakarlıq edir, çünki ağlı başında olan hər kəs anlamalıdır ki, uşaqlarımızın üz tutacağı yer məktəbdir, təhsildir, idmandır. Nərxanım müəlliməni hamılıqla dəstəkləyək, bu cür cəsur pedaqoqlarımız cəhalətin qarşısında durmalıdırlar, gələcəyimizi qorumalıdırlar...”.

Bəli, bəzi meida orqanlarının və sosial şəbəkə istifadəçilərinin mövqeyindən belə anlaşılır ki, Azərbaycanda hələ də elmi təfəkkürü zəif olan, korazehinli adamlar yetərincədir...

Bununla bağlı DİA.AZ-a maraqlı informasiyalar da daxil olub. Maraqlı orasıdır ki, ilk dəfədir müsbət halı ilə diqqətə gələn Şəmkir təhsil şöbəsinin müdiri Qüdrət Əliyev nədənsə, bundan narahat olaraq səsi yazılan məktəb direktorunu sıxışdırmağa çalışıb.

Mənbə bildirir: "Əslində Nərxanım müəllimə Şəmkir camaatı tərəfindən alqışlanır. Onu istəməyənlər bu səs yazısını yayıblar. Onu yayan da bəllidir. Hər halda Nərxanım müəllimə səsi kimlərə atıbsa, onlardan biridir. İndi həmin müəllimə - səsi yayan müəllimə ortaya çıxmalı və cavab verməlidir. Nərxanım müəlliməni isə camaat müdafiə edəcək... Hətta təhsil müdiri onu qurban verməyə çalışsa belə..."

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi