olkepress.com
olkepress.com

Azərbaycanda qida məhsullarının markalanması və etiketlənməsi qaydası müəyyənləşir

5-10-2021, 15:01

Azərbaycanda qida məhsullarının markalanması və etiketlənməsi qaydası müəyyənləşir

Azərbaycanda qida məhsullarının markalanması və etiketlənməsi qaydaları müəyyənləşir.

"Report"un əldə etdiyi məlumata görə, bu, yeni hazırlanan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, qida məhsullarının markalanması və etiketlənməsi aşağıdakı qaydalara uyğun həyata keçirilməlidir:

1. alıcıya qida məhsullarının qida və enerji dəyəri, tərkibi, miqdarı, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergentlər, mənşəyi, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməlidir;

2. məhsulların markalanması və etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən tərzdə həyata keçirilməlidir;

3. qida məhsullarına xas olmayan təsir və ya xassələrin onlara aid edilməsi istisna olunmalıdır;

4. eynixassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat verməklə istehlakçıların aldadılmasına yol verilməməlidir;

5. qanunvericiliklə müəyyən olunmuş hallarda təbii mineral sular və xüsusi təyinatlı qida məhsulları istisna olmaqla hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməlidir;

6. kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları olmalıdır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi