ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Nyu-York şəhərini tərk edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Tramp məhkəmədən sonra özünün təyyarəsi ilə Floridaya uçub.
Xatırladaq ki, Nyu-York məhkəməsində Trampa qarşı maliyyə sənədlərini saxtalaşdırmaqda 34 ittiham irəli sürülüb. O, iki saata yaxın həbs edilib və sonra sərbəst buraxılıb.